Kosmetologiyada dörd növ dəri tipi bilinir - normal, yağlı, quru və qarışıq. Onların hər birinin öz xüsusiyyətləri və mənfi cəhətləri vardır. ?
Yağlı dəri:
Bu dəri tipi sahiblərinə həsəd aparmaq çətindir. ? Yağlı parıltı, qara nöqtələr və sızanaqlar - bu növün bütün dezavantajlarının natamam siyahısıdır. Lakin, yağlı dəri daha yavaş qocalır, ona görə bu dəri tipi üçün mimik qırışlar qorxulu deyil.??✨
Quru dəri:
Belə dəri tez -tez sıxılma, soyulma hissi ilə müşayiət olunur. Ancaq nə sızanaqlar, nə də qara nöqtələr bu dəri tipinə aid deyil. ☺️ Quru dərilərdə nəm olmaması səbəbindən epidermis sürətlə qocalır.
Qarışıq dəri:
Həm quru, həm də yağlı dəriyə xas xüsusiyyətlərə malikdir. Bu, yağ sekresiyalarının qeyri-bərabər ifraz olunmasından qaynaqlanır. Adətən yağlı dəri T zonasında, yəni alında, çənədə və ya burunda olur. Yanaqlarda və göz ətrafında quruluq üstünlük təşkil edir.
Normal dəri:
Normal dərilər sızanaq, parıltı, sıxılma hissinin olmaması ilə xarakterizə olunur. Belə dəriyə sahib insanlar həqiqətən şanslıdır! ? Əslində isə hər kəs belə bir effekt əldə edə bilər! Hamısı dəriyə düzgün qulluq ilə bağlıdır.??✨
Həmişə mükəmməl qalın və hansı dəri tipinə sahib olmanızdan asılı olmayaraq, hər zaman dərinizin qayğısına qalın!?